Məşhur reper qazandığı 500 mini uşaqlara bağışladı - VİDEO

2-01-2025, 11:24           
Məşhur reper qazandığı 500 mini uşaqlara bağışladı - VİDEO
Türkiyənin məşhur reperi Ceza “Kim Milyoner Olmak İster?” verilişinin Yeni ildə yayımlanan xüsusi buraxılışında yarışıb.

"Cebheinfo.az" xəbər verir ki, reper 1 milyon TL-lik (təxminən 48 min manat) sualı cavablandırmaqda tərəddüd edib.

O, doğru cavabdan əmin olmadığı üçün 500 min (təxminən 24 min manat) TL ilə yarışmadan geri çəkilib.

Ceza yarışmadan qazandığı pulu Uşaqların Müdafiəsi Agentliyinə bağışlayacağını açıqlayıb.

Cezanın bu davranışı sosial mediada istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru