Müğənni Vera Brejneva yeni sevgilisini göstərdi

6-01-2025, 16:18           
Müğənni Vera Brejneva yeni sevgilisini göstərdi
Rusiyalı müğənni Vera Brejneva yeni sevgilisini nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, pop ulduzu "Instagram"da kişinin fotosunu yayımlayıb.

Həmin şəxs restoranda masa arxasında əyləşib, lakin papaq geyinərək üzünü gizlədib.

Qeyd edək ki, noyabrın sonunda Vera Brejneva yeni sevgili tapdığını bildirib. Müğənni eşq yaşadığını və çox xoşbəxt olduğunu deyib. Pop ifaçısının sözlərinə görə, o, artıq evli olduğu üçün evlənməyə tələsmir. Məşhur yeni sevgilisinin kimliyini açıqlamayıb.

Xatırladaq ki, Vera Brejneva prodüser Konstantin Meladze ilə evil olub. Cütlük səkkiz illik evlilikdən sonra ayrılıb. Müğənni və prodüserin birgə övladı olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru