Məşhur cütlük nişanlandı

7-01-2025, 12:28           
Məşhur cütlük nişanlandı
Zendaya "Qızıl Qlobus" mükafatları mərasiminə adsız barmağında üzüklə gəldikdən sonra aktrisanın Tom Hollandla nişanlanması ilə bağlı şayiələr yayılıb.

Bu barədə TMZ yazır.

İnsayderlər nəşrə bildiriblər ki, Zendaya və Tom həqiqətən də nişanlanıblar. Onların nişanı 2024-cü ilin sonunda baş tutub.

Tom Zendayanın ABŞ-dəki evində ona evlilik təklifi edib, tədbir çox sakit və romantik bir atmosferdə keçib.

Cütlük işlərinin çox olması səbəbindən toylarını planlaşdırmağa hələ başlamayıb.

Zendaya və Tom 2021-ci ildən bəri görüşürlər, onlar "Hörümçək adam" filminin çəkiliş meydançasında tanış olublar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru