Fərdi Tayfurun yarımadasının qiyməti açıqlandı

Dünən, 07:54           
Fərdi Tayfurun yarımadasının qiyməti açıqlandı
79 yaşında qaraciyər və böyrək çatışmazlığından vəfat edən Fərdi Tayfurun 86 mənzil, 7 villa, Marmarisdə yarımada və bir çox daşınmaz əmlakı Türkiyədə müzakirə mövzusudur. Fərdi Tayfur yalnız bir dəfə ailə qurub və bu izdivacdan 5 övladı var. Mirasının da 5 övladı arasında bölünəcəyi bildirilir.

TEREF Kult.az-a istinadən xəbər verir ki, əmlakçılar sənətçinin yalnız Marmarisdəki yarımadasının hazırkı bazar qiymətinin 400 milyon lirə (12 milyon dollar) olduğunu açıqlayıblar. Ümumilikdə isə F.Tayfurun yalnız daşınmaz əmlakı 3 milyard lirə (90 milyon dollar) dəyərindədir.

Türkiyə mediası Tayfurun hər övladına 600 milyon lirə (18 milyon dollar) düşəcəyini açıqlayıb.

Qeyd edək ki, sənətçinin inşaat biznesinə də yatırımlar etdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.