Tibbi ekspertiza nəticələri Cin Hakmanın ürək xəstəliyindən, həyat yoldaşının isə hantavirusdan öldüyünü göstərir
Bu gün, 17:44

Cümə günü Nyu Meksikoda açıqlanan tibbi ekspertiza nəticələri göstərir ki, Oskar mükafatının laureatı Cin Hakman Alzaymer xəstəliyindən əziyyət çəkirdi və ürək xəstəliyi və bir neçə başqa amil səbəbilə ölüb. Həyat yoldaşı Btsi Arakava isə çox güman ki, ondan bir neçə gün öncə siçanlar vasitəsilə yayılan nadir virusdan ölüb.
96 yaşlı Hakman, 64 yaşlı Arakava və onların üç itindən biri fevralın 26-da Santa Fedəki evlərini ayrı-ayrı otaqlarında ölü tapılıb.
Hakmanın ürək xəstəliyi və Arakavanın ölmünə səbəb olan hantavirus ağciyər sindromu Santa Fe şerifinin ofisində keçirilən mətbuat konransında açıqlanıb.
Nəticələr göstərir ki, Hakmanın həyat yoldaşı ondan bir həftə öncə ölüb. Bir journalist Şerif Adan Mendozadan Hakmanın irəli səviyyədə olan Alzaymer sindromunun onun həyat yoldaşının öldüyünü dərk etməsinin qarşısını alıb-almadığını soruşub.
“Mən bunun belə olduğunu güman edirəm,” Mendoza jurnalistlərə deyib.
“O, Alzaymerin irəli səviyyəsindədir və çox mümkünür ki, o, onun öldüyündən xəbərdar deyildi,” Nyu Meksiko Tibbi Ekspertiza Ofisinin baş həkim müstəntiqi Hezer Carrel müxbirlərə deyib.
Rəsmilər cümə günü Arakavanın son atdığı elektron məktubun tarixinə istinad edərək, onun təxminən fevralın 11-də öldüyünü güman edir.
Carrell, elektrokardiostimulyatorundakı məlumatlara əsasən, Hakmanın fevralın 18-də öldüyünü müəyyən edib.
Hantavirus ABŞ-da nadir rast gəlinən bir xəstəlikdir və yoluxma halları əsasən ölkənin qərbinə yerləşən Nyu Meksiko, Arizona, Kolorado və Yutah ştatlarında baş verir. Nyu Meksikonun şimalında virus əsasən bir növ siçanların nəcis və sidikləri vasitəsilə yayılır.
Virus adətən insanlar siçanların yuva saldığı anbar və ya şkafları təmizlədiləri zaman hava yolu ilə yoluxur. Xəstəlik qripə bənzər simptomplarla başlayır və ürək və ağciyər çatışmazlığına gətirib çıxara bilər və yoluxmaların 38-50 faizi ölümlə nəticələnir.
Son illərdə Nyu Meksikoda hər il bir ilə yeddi yoluxma halı qeydə alınıb.
Ştat veterinarı Erin Fipps müxbirlərə deyib ki, ştatın sağlamlıq müfəttişləri Hakmanın evində siçanların olduğuna dair hər hansı işarə aşkar etməyib, amma evin həyətindəki quruluşlarda siçanların hərəkət etdiyini müəyyən edib.
Hakman və pianoçu Arakava 1980-ci illərdən bəri Santa Fedə yaşayırdı.