"Dedi ki, özünü itirmə, Elxan Şirinova zəng et"

22-03-2025, 09:28           
 "Dedi ki, özünü itirmə, Elxan Şirinova zəng et"
"Əməkdar artist Elxan Şirinovu bilirsiniz niyə çox istəyirəm? O mənim ilk əlimdən tutan insan olub. Azərbaycan Dövlət Televizisiyana ilk dəfə o məni aparıb və tanıtdırıb. Əli də yüngül oldu".

Axşam.az xəbər vrir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Qonaqcanlı" verilişində deyib. O, həmkarından çox yaxşılıq gördüyünü açıqlayıb:

"Mənim bacım Təranəni də həyata qaytaran şəxs də Elxan Şirinovdur. Bibimin qızı mənim yadıma saldı. Özümü itirmişdim, bacım başından əməliyyat olunmuşdu. Dedi ki, özünü itirmə, Elxan Şirinova zəng et. O, axı əməliyyat olunub, bilir. Məni düz ünvana göndərdi və bacımı ölümdən qurtardı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru