Azadlığa buraxılan müğənni: "Günahsız olduğumun ortaya çıxması..."

24-03-2025, 00:03           
Azadlığa buraxılan müğənni: "Günahsız olduğumun ortaya çıxması..."
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan müğənni Ercan Saatçi azadlığa buraxılıb.

Demokrat.az xəbər verir ki, sənətçi azadlığa çıxdıqdan sonra ilk dəfə saxlanılması ilə bağlı danışıb. "İndi nəyisə şərh etməyim, ən azından azadlıqda nəfəs alıram. Günahsız olduğumun ortaya çıxması mənə gözəl əhval-ruhiyyə bəxş etdi" - deyə Ercan Saatçi bildirib.

Xatırladaq ki, 4 gün əvvəl Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı saxlanılmışdı.

O müxtəlif musiqi müsabiqələrində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru