“Televiziyalar bizdən maddiyyat istəməsinlər” - Repçinin FƏRYADI

10-03-2017, 20:35           
“Televiziyalar bizdən maddiyyat istəməsinlər” - Repçinin FƏRYADI
Bir zamanlar, xüsusən də 2000-ci illərin əvvəllərində Azərbaycanda repə maraq az qala, pik həddinə çatmışdı. Xüsusi rep yarışmaları tərtib olunurdu ki, Uran, Kölgə, Ramzes, Dado kimi sonradan tanınan repçilər oradan çıxdılar. Həmçinin “Dəyirman”, “Klanaplan”, “Host” və s. kimi qruplar gənclərin marağını özünə cəlb edə bildi.

Lakin son bir neçə ildə bu sahədə açıq-aşkar passivlik hiss olunur. Azərbaycanda repin ilk nümayəndələrindən hesab edilən Anar Nağılbaz Modern.az saytına açıqlamasında bunu aşağıdakı səbəblərlə əlaqələndirib:

“Passivliyin səbəbini televiziya kanallarından soruşun. Soruşun ki, sizlərə hazır materiallar təqdim olunsa belə, replə bağlı proqramlara niyə yer verilmir?
Azərbaycan gəncləri dünyada nömrə bir və istedadlıdırlar. Gənc nəsil repçilərin peşəkarlıq səviyyəsindən artıqlaması ilə razıyam.
Verilişlərə ildə 1-2 dəfə çağırıb işıqlandırmaqdansa, bizə dəstək olsunlar, maddiyyat istəməsinlər. Heç olmasa, efir versinlər ki, öz verilişimizi çəkib təqdim edək. Rep gənc və sevilən mədəniyyətdir. Rep yaxın ölkələrdə qaz vurub qazan doldurur, amma bizdə istedadlı gənclərimiz çox olsa da, qabağa getmir. Bunu sual etmək lazımdır! Deməli, ya qarşısını alanlar var, qabağa getməyini istəməyənlər var, ya da bu mədəniyyətin təşkilatlanacağından qorxanlar....”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.