"İçerde"nin aktyoru həbs edildi

26-04-2017, 08:49           
"İçerde"nin aktyoru həbs edildi
Türkiyənin məşhur aktyoru Selim Erdoğan saxlanılıb. O, narkotik maddə hazırlamaqda şübhəli bilinir.

Musavat.com-un məlumatına görə, Muğla əyalətinin Marmaris rayonunda bir villada narkotik hazırlandığı barədə məlumat alan jandarma əməkdaşları həmin ünvana basqın ediblər. Nəticədə 840 qram marixuana və digər narkotik maddələr ələ keçirən jandarma işçiləri evin məşhur aktyor tərəfindən kirayələndiyini aşkar ediblər. Bundan sonra aktyor Selim Erdoğan həbs edilib. O, tibbi müayinədən sonra Jandarma idarəsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Selim Erdoğan “Çiçek taksi”, “Kurtlar Vadisi Pusu”, “Arka Sokaklar”, “İçerde” kimi məşhur seriallarda rol alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru