Nura Suridən sərt sözlər: "İsmət Qayıbov, Məhəmməd Əsədov kimi kişilərin sayı azala-azala gedir " - FOTO

28-04-2017, 13:24           

Tanınmış müğənni Nura Suri müğənniləri tənqid edənlərə sərt sözlər ünvanlayıb.

Cebhe.info xəbər verir ki, müğənni müğənnilərə qarşı ünvanlanmış tənqidlərə biganə qalmayıb: "Faiq Ağayev, Aygün Kazımova illərdir

sənətdədirlər. Bu ada onları xalq və ölkə başçısı layiq görüb. Röyanın oxuduğu mahnıların sayı-hesabı yoxdur, hamısı da sevilir, əməkdar artistdir. Mən də çox iş görsəm- konsertlər, albomlar və s. ad ala bilərəm, layiq görülə bilərəm. Bu yazının heç dəxli yoxdur. Sifarişli və qərəzli yazıya oxşayır. Qərəzli olmasını da sübut edərəm. Deputatlar millətin qayğısına qalmalıdır və mövcud problemlərin aradan qaldırılmasına səj göstərməlidir. Müğənniləri müzakirə edənlər yetərincədir.

İsmət Qayıbov kimi, Məhəmməd Əsədov kimi kişilərin sayı azala-azala gedir! İlk növbədə qeybəti yığışdırın! Qəhrəmanları, qəhrəmanlığı təbliğ edin. Yazıçıları, şairləri, alimləri təbliğ edin. Qeybət etməyin!".

Xanım müğənniyə xalq artisti Faiq Ağayevdən də dəstək gəlib.

Qeyd edək ki, bir sıra müğənnilər xalq artisti və əməkdar artist adına layiq olmadıqları üçün tənqid edilib. Nura Suridən sərt sözlər: "İsmət Qayıbov, Məhəmməd Əsədov kimi kişilərin sayı azala-azala gedir " - FOTO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru