Həm ruha bənzəyir, həm də dünyanın ən məşhur manekenidir

2-06-2017, 08:52           
Həm ruha bənzəyir, həm də dünyanın ən məşhur manekenidir
Cənubi Afrikada yaşayan albinos qız dərsinin rəngi ucbatından uşaqlığı boyunca təhqir və zarafatlara məruz qaldı. Amma indi fərqli görünüşü sayəsində manekenlik edir.



Cənubi Afrikanın Durban bölgəsində yaşayan 20 yaşlı Nontobeko Mbuyazi xarici görünüşü ucbatından insanların daim onu doladıqları bir uşaqlıq keçirib. Afrikada albinosların daim məruz qaldığı ayrı-seçkiliyin qurbanı olan Mbuyazi fərqli gözəlliyinə görə bir müddət sonra moda agentliklərinin diqqətini çəkib. Bir müddətdir moda çəkilişlərinə başlayan və solğun dərisinin ona ayrı bir gözəllik qatdığını söyləyən qadın yorğun bir tempdə çalışır. Uşaqkən dostlarının ona “ruh”, “xəyalət” dediyini xatırladan Mbuyazi həmin illərdə daim papaq taxmaq məcburiyyətində idi. Amma o, mediaya müsahibəsində deyib ki, albinos olduğu üçün insanların onu aşağılamasına, əhvalını korlamasına imkan verməyəcək.



Manekenin sözlərinə görə, digər albinoslar da xarici görünüşlərini sevməli və bununla yaşamağı öyrənməlidir.



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru