“YUĞ” beynəlxalq festivaldan mükafatla qayıdıb- FOTOLAR

30-08-2017, 08:26           
“YUĞ” beynəlxalq festivaldan mükafatla qayıdıb- FOTOLAR
Yuğ Dövlət Teatrı 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edib. Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş festivaldan teatr mükafatla qayıdıb.

Moderator.az xəbər verir ki, Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edən teatr “Xəzər renessansı” nominassiyası üzrə diplomla təltif olunub. Həmçinin rejissor Mikayıl Mikayılov və əməkdar artist Gülzar Qurbanova “Türksoy” türk mədəniyyət qurumunun təşkil etdiyi məşhur dramaturq Haldun Tanerin 100 illiyinə həsr olunan medala layiq görülüb.

Xatırladaq ki, festivalda beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru