İranlılar Ququşun İrəvan konsertində: viski, siqaret... – Video

2-09-2017, 07:40           
İranlılar Ququşun İrəvan konsertində: viski, siqaret... – Video
İranlılar əslən Güney Azərbaycandan olan müğənni Ququşun (Faiqə Atəşin) İrəvandakı konsertindən narazı qalıblar.

Teleqraf.com xəbər verir ki, biletlərin bahalığından şikayətlənən qonaqların konsertə spirtli içki şüşələri və siqaretlə gəlməsini erməni mediası “İrəvanda iranlıların inanılmaz sərgüzəştləri” kimi təqdim edib.

“Biletlər çox bahadır, 75 dollardan 600 dollaradək... Amma nə edək, əziyyət çəkib gəlmişik, getməliyik”, - deyə iranlılar gileyləniblər.

Qeyd edək ki, müğənni İrəvan konsertindən sonra Tiflisə yola düşüb. İfaçının sentyabrın 2-də Gürcüstanda konserti nəzərdə tutulub.

Xatırladaq ki, Ququşun konsert turu siyahısında Azərbaycanın adı yoxdur. Sənətçi sonuncu dəfə 2011-ci ildə Bakıda konsert verməyi planlaşdırsa da, bu, baş tutmayıb.
[media=https://www.youtube.com/watch?v=OSYn1N3sAgU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru