DƏDƏ ƏDALƏTİN QARA SAZI DA ÖZÜ İLƏ DƏFN OLUNACAQ ? - OĞLU DANIŞIR

15-09-2017, 08:35           

"Atamın sazı deyil, sazının üzü özü ilə dəfn olunacaq".

Bu barədə "Sherg.az"-a ustad aşıq Ədalət Nəsibovun oğlu Hekayət Nəsibov məlumat verib.

O, qeyd edib ki, sazın dəfn olunmayacağı dəqiqdir:

"Sağlığında bir dəfə söyləyirdi ki, qara sazı mənlə dəfn etdirin, sonra nədənsə bir az düşündü və dedi ki, sazı olmasa da, onun parçadan olan üzünü sinəmin üstünə qoyub ikimizi də birlikdə dəfn etdirərsiniz".

Qeyd edək ki, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.
Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, "Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.