Ledi Qaqa Rio-de-Janeyroda xəstəxanaya yerləşdirilib

15-09-2017, 09:15           
Ledi Qaqa Rio-de-Janeyroda xəstəxanaya yerləşdirilib
Amerikalı müğənni Ledi Qaqa "Rock in Rio" adlı böyük musiqi festivalının keçirildiyi Rio-de-Janeyro şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
"Report"un məlumatına görə, bundan əvvəl ifaçının festivalda iştirak etməyəcəyi barədə xəbərlər yayılsa da, bu qərarın nə ilə əlaqədar olduğu qeyd edilməmişdi.
İlkin məlumatlara görə, Qaqa güclü fiziki ağrı hiss edib.
Məlumdur ki, müğənni sonuncu sənədli filmində fibromialgiyadan - simmetrik ağrılarından əziyyət çəkdiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.