Fuad Poladov həkim nzarətindədir - Bir müddət səhnədən uzaqlaşacaq

15-09-2017, 19:53           

Xalq artisti Fuad Poladovun səhhətində problem yaranıb. teref.az xəbər verir ki, bu barədə “Sherg.az”a xalq artistinin özü bildirib. Səs tellərinin zədələndiyini deyən F.Poladov hazırda həkimlərin nəzarəti ilə müalicə aldığını vurğulayıb:

“Bu səbəbdən yəqin ki, bir müddət səhnədən uzaq qalacam. Rus Dram Teatrında çalışıram. Səhhətimlə əlaqədar bir müddət səhnəyə çıxa bilməsəm də, ümid edirəm ki, müalicəmin effekti olacaq.

Həkimlərin dediyinə görə, səsimdəki problemi aradan qaldırmaq mümkündür. Aktyor üçün səsinin yerində olması çox vacibdi. Yerli həkimlərimizə güvənirəm. Bu mənada xarici ölkəyə getməyə ehtiyac duymuram. İnşallah müalicəm bitdikdən sonra yenidən səhnədə olacam».

Xalq artisti digər teatrlardan da təkliflərin gəldiyini qeyd edib:

« Rus Dram Teatrında çalışsam da, digər teatrlardan tamaşalara təklif alıram. Səhhətim qaydasına düşsə, ola bilsin ki təkliflərdən bəzilərini dəyərləndirdim. Amma çalışdığım teatr mənə doğmadır. Mən Rus Dram Teatrının səhnəsində özüm rahat hiss edirəm»












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.