Müğənni keçmiş əri ilə evlənən bacısından danışdı: "Üzünə baxmaram" - FOTO

18-09-2017, 00:21           

1964-cü ildə musiqiçi Atilla Alpsakarya ilə ailə quran müğənni Neşe Karaböcek illər sonra bacısı ilə bağlı etiraflar edib.

teref.az axşam.az-a istinadən xəbər verir ki, 1974-cü ildə ərindən boşandıqdan sonra bacısı Gülden Karaböceyin Atilla ilə evlənməsi sənətçinin bacısı ilə düşmənçiliyinin əsasını qoyub. Neşe Güldenlə 44 ildir danışmadığını deyib:

"Özümün etdiyim hər hansı hərəkətimə görə peşmançılığım yoxdur, amma mənə edilənləri unutmaram. Güldenlə 44 ildir küsülüyük. Məndən heç vaxt üzr istəmədi. Anamın dəfnində qarşılaşdıq. Heç nə olmamış kimi bir-iki şey haqda danışdıq. Sonra ayrıldıq. Bağışlamaq Allaha məxsusdur, amma qürurum onu bağışlamağa əl vermir. Üzünə belə baxa bilmirəm. Baxmaram da...".

Xatırladaq ki, Neşe ilə Atillanın bir oğlu var. Gülden bacısının Atilla ilə boşanmasından sonra ona ərə gedib. Lakin cütlüyün nikahı 9 il çəkib
Müğənni keçmiş əri ilə evlənən bacısından danışdı: "Üzünə baxmaram" - FOTO













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.