Nicatla Rəşad Dağlı əlbəyaxa oldu - Toy yarımçıq qaldı

19-09-2017, 19:18           
Nicatla Rəşad Dağlı əlbəyaxa oldu - Toy yarımçıq qaldı
Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşüb
UlduzumSan.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar.

Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırmasıdır. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb.

Daha sonra Rəşad Dağlı və Bakıdan onunla birlikdə gələn Vüqar Biləcəri toyu tərk edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.