“Bizim nə həddimizə “Lotu Quli” ilə eyni məclisdə oturaq?" – Tanınmış meyxanaçı

26-10-2017, 19:42           

Mətbuatda “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun azadlığa çıxması münasibəti ilə təşkil olunan ziyafətdə meyxanaçıların da iştirak etməsini əks etdirən video yayılıb.
Yenicag.az xəbər verir ki, Vasif Əzimov, Orxan Lökbatanlı kimi tanınmış bədiyyə ustalarının iştirak etdiyi məclisdə Rəşad Dağlının kriminal avtoritetin şəninə meyxana deməsi əks olunub.
Lakin Yenicag.az saytına açıqlama verən Rəşad Dağlının həmkarı Orxan Lökbatanlı məlumatı təkzib edib. O, bu kadrların köhnə olduğunu, ümumiyyətlə, Nadir Səlifovun şərəfinə verilən ziyafətdə iştirak etmədiyini bildirib:
“Köhnə videodur. Heç tarixi də dəqiq yadımda qalmayıb. Hansısa toy məclislərinin birində deyilmiş meyxanadır. O qədər toylarda oluruq ki, nə bilim hansıdır? “Lotu Quli” iki gündür azadlığa buraxılıb. Əgər belə bir ziyafət olsaydı, səsi çıxardı, hamı xəbər tutardı”.
O. Lökbatanlı məşhur avtoritetlə münasibətlərinə də aydınlıq gətirib:
“Bizim o “qədeşə” böyük hörmətimiz və simpatiyamız var. Amma belə münasibətlərimiz yoxdur. Bizim nə həddimizə onunla dostluq edək, eyni məclisdə oturaq?! Amma toy məclislərində qafiyə istəyiblər, açmışıq. Həm camaat bunu istəyib, həm də öz ürəyimizdən keçib meyxanalar demişik”.
Qeyd edək ki, Vasif Əzimov saytımıza açıqlamasında o ziyafətdə iştirak etmədiyini bildirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru