Reper Elşad Xose saxlanıldı

27-10-2017, 23:47           

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti olub.

Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose il Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru