Xose sərbəst buraxıldı - İstintaq davam edir

28-10-2017, 14:55           

Tanınmış reper Elşad Xose sərbəst buraxılıb. Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.

Bildirilib ki, Xosenin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, ancaq istintaq davam edir.

Qeyd edək ki, reperin eks-xanımı Oksana Rəsulova Xose tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru