Bakıya gələn türkiyəli müğənni azərbaycanlı həmkarlarını tanımadı

29-11-2017, 09:23           

Bu gün türkiyəli müğənni Adil Karaca Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.

Azərbaycan şou-biznesinə yaxın olan və ölkəmizdəki məclislərdə də çıxış edən ifaçı bəzi müğənnilərimizi tanımayıb.

Zaur ona monitorda bir sıra müğənnilərimizi göstərib və onların kim olduğunu soruşub. Nəticədə o, Səyyad Əlizadə, Tacir Şahmalıoğlu, Əflatun Qubadov kimi ifaçılarımızı tanımayıb. Sənətçi Manaf Ağayev və Nazpəri Dostəliyevnın adını da tamaşaçılar dedikdən sonra yadına salıb. A. Karaca aşıq Telli Borçalının isə aşıq Zülfiyyə olduğunu deyib.

Lakin Adil bəy Faiq Ağayev, Röya Ayxan, Aygün Kazımova, Damla, Günay İbrahimli kimi müğənnilərimizi çətinlik çəkmədən tanıyıb.

O həçminin “Şəmkirim” mahnısı oxusa da, sözügedən rayonun harada yerləşdiyini deyə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru