CNN-nin prodüseri nalayiq hərəkətlərinə görə işdən qovulub

30-11-2017, 09:02           
CNN-nin prodüseri nalayiq hərəkətlərinə görə işdən qovulub
CNN telekanalının bazar günü səhər yayımlanan Xəbərlər şousunun prodüseri Teddi Devis seksual xarakterli olduğu ehtimal edilən nalayiq hərəkətlərinə görə edilən şikayətlər səbəbindən işdən çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, telekanal rəhbərliyi bir neçə qadının onun nalayiq hərəkətlər etməsi ilə bağlı şikayətindən sonra ətraflı araşdırma aparmağa başlayıb.
"Devisin ittiham olunduğu davranışlar CNN standartları və dəyərlərinə ziddir. Devis artıq şirkətin sıralarında deyil", — deyə kanalın məlumatında qeyd olunur.
"Associated Press"in xəbərinə görə, CNN əməkdaşı seksual xarakterli nalayiq hərəkətlərdə ittiham olunur.
Noyabrın 29-da analoji şikayətlərdən sonra NBC telekanalı "Today" verilişinin aparıcısı Mett Laueri işdən azad edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru