Bir-birlərinə fahişə dedilər – İş məhkəməyə getdi

2-12-2017, 13:00           
Bir-birlərinə fahişə dedilər – İş məhkəməyə getdi
Tunay Əliyeva Pərvin Abıyevaya qarşı 100 min manatlıq iddia qaldıracaq.

Moderator.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə T.Əliyevanın vəkili Adəm Məmmədov verdiyi məlumatda bildirir.

A.Məmmədov qeyd edir ki, Tunay Əliyeva pozulmuş hüquqlarının müdafiəsi üçün ona müraciət edərək müqavilə imzalayıb. P.Abıyeva keçmiş teleaparıcı T.Əliyeva barəsində mediada həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə məhkəməyə veriləcək:

“Teleaparıcı, aktrisa Tunay Əliyeva pozulmuş hüquqlarının müdafiəsi üçün müraciət edərək mənimlə müqavilə bağladı. Belə ki, aktrisa Pərvin Abıyeva tərəfindən Tunay Əliyeva barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, sonuncunun pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediləcək. Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilərək, təkzib olunmaqla, həmçinin sonuncu tərəfindən üzür istənilməklə, 100 min manat iddiaçı Tunay Əliyevanın xeyrinə tutulması məhkəmədən tələb olunacaq”.

Xatırladaq ki, T.Əliyeva və P.Abıyevana sosial şəbəkələrdə bir-birlərini sərt tənqid etmiş, hətta P.Abıyeva öz “Instagram” hesabında Tunay Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru