Röya Ayxan Aygün Bəylərdən 50 min manat təzminat tələb edir – MƏHKƏMƏ

4-01-2018, 11:46           

Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.
teref.az xəbər verir ki, bu barədə “Report”a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

V.Şükürov bildirib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib: “Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək”.

Qeyd edək ki, A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru