Fransız kişi ilə erotik səhnələrə çəkilən Hadisə OD PÜSKÜRDÜ - FOTO/VİDEO

5-01-2018, 00:06           
Fransız kişi ilə erotik səhnələrə çəkilən Hadisə OD PÜSKÜRDÜ - FOTO/VİDEO
Müğənni Hadisə fransız model Aurelien Mullerlə çəkildiyi “Sıfır tolerans” klipinin erotik adlandırlmasına qəzəblənib.
Publika.az xəbər verir ki, sənətçi etirazını instaqram hesabında bildirib.
Hadisənin fikirlərini təqdim edirik: "Klipimə erotik damğası vurulmasına yol vermərəm. Bir qadın eşqi izah edən səhnələrə çəkiləndə erotik olur, amma kişi müğənnilərimiz qadın model və aktrisalarla istədikləri səhnələrə çəkiləndə nədənsə heç erotik kateqoriyasına daxil edilmir. Mən bir qadın olaraq buna boyun əymək məcburiyyətindəyəmmi? XEYR! "Kişidirsə olar. Qadındırsa, susar" mentalitetinə sonuna qədər qarşı çıxıram! Ölkəmizdə qadın kişi ayrı-seçkiliyi 2018-ci ildə də varsa, işimiz çətindir. Amma mən bir qadın olaraq bunun üçün döyüşməyə, sənətimlə sərbəst şəkildə məşğul olmağa və yaşamağa davam edəcəyəm".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.