Kıraç azərbaycanlı müğənnini məhkəməyə verdi

5-01-2018, 11:47           

Tanınmış türkiyəli bəstəkar və müğənni Kıraç sosial media vasitəsilə məşhurlaşan azərbaycanlı ifaçı Nigar Muharremi məhkəməyə verib.

teref.az-nun Oxu.Az-a istinadən məlumatına görə, buna səbəb Nigar Muharremin ifa etdiyi "Omuzumda ağlayan bir sen” adlı mahnının "cover” versiyasıdır. Belə ki, mahnının orijinal versiyası Kıraçın "Dağların kadını” adlı bəstəsidir.


Nigarın ifasının 23 milyon izlənildiyini görən Kıraçın əməkdaşlıq etdiyi "TMC Müzik” şirkəti müəllif hüququ səbəbilə mahnının "Youtube” yayımını dayandırıb və müğənnini məhkəməyə verib. Onlar ifaçıdan mahnı vasitəsilə qazandığı pullara görə təzminat tələb edir.

Qeyd edək ki, mahnı artıq 2 ildir "Youtube” video-hostinqindədir. Kıraçın Nigardan istədiyi təzminatın məbləği isə 6 min dollar, təxminən 10 min 140 AZN-dir.

[media=https://www.youtube.com/watch?v=xd6xOYjPPuQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru