Elza Mikayıl Müşfiqə şeir yazdı: “Gəl mənə əl çək, Müşviq”
8-01-2018, 12:53
Əməkdar artist Elza Seyidcahan 2018-ci ilin ilk şeirini yazıb. İfaçının tanınmış şair Mikayıl Müşviqin anım gününə həsr etdiyi şeiri “Gəl mənə əl çək, Müşviq” adlanır. E.Seyidcahan sözügedən şeirini M.Müşviqin “Rəssam” şeirinə ithafən yazıb. Gəl mənə əl çək, Müşviq 6 yanvar anım günündür, Müşviq Sənin o gün qanın axıbdır, Müşviq Bu gün sənin məzarın yoxdur, Müşviq Ramiz Rövşən demişdir ki, ay Müşviq Milyon-milyon qəbir varsa, Bir qəbirsiz şair varsa, Üzündə bir sağ yer varsa, Dünyanın tfu üzünə Tfu üzünə dünyanın Qələmlərdə yerin sənin Kağızlarda, qəlblərdə Könlümdə nə varsa Açayım dağlara O dillərdə bu dillərdə Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə Axı necə əl çəkim? Qəhqəhələrdir Müşviq. Ha-ha-ha-halardır Müşviq. Məzaristanlardır Müşviq. Məkanın cənnətdir, Müşviq. Gəl məni çək Məni sən çək Çək mənə əl, can Müşviq Ruhun şad olsun, Müşviq Şad-Xürrəm otur, Müşviq.