Cem Yılmaz yeni filminə görə məhkəməyə verildi

10-01-2018, 00:43           

Türkiyəli aktyor və rejissor Cem Yılmaz yeni filmi “Arif və 216”ya görə məhkəməyə verilib.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, professor Orhun Kural filmin gəncləri tütün, narkotik maddə və digər pis vərdişlərə təşviq etdiyini iddia edib.

O, məhkəməyə müraciət edərək yazılı ifadəsinin Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlər Bürosuna göndərilməsini istəyib.

O.Kural bildirib ki, C.Yılmazın filmdə əlində siqaretlə təyyarəyə girməsindəki məqsəd qanunlara tapdamaqdır.

Professor sözlərinə əlavə edib ki, yüksək miqdarda cəza verilmədiyi müddətdə belə hərəkətlər tez-tez təkrarlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru