Elzanın yeni "şedevri" : "Qadın bir şey istəyir, kişinin..."

13-01-2018, 22:07           

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.





BakuPress.Az qaynarinfo-ya istinadən Elza Seyidcahanın "Qadın bir şey istəyir" adlı şeirini təqdim edir:





Qadın bir şey istəyir


Bir şey


Deyim nə istəyir?


Bir şey istəyir.


Bir.


Pul istəmir


Mal istəmir.


İki şey istəmir


Bir şey istəyir o,


Bir şey.


Qabırğadır, qabırğa


O istəyir.


İstəyir o


Bir şey olsun.


Qabırğa olsun, qabırğa


Çox şey istəmir ki?


Qadın qadını başa düşür,


Kişi kişini başa düşür,


Kişi qadını başa düşmür?


Kişinin işi qadına düşür,


Qadının kişiyə işi düşmür?


Kişinin beli bükülür,


Qadının abırı tökülür


Abırdan betər sökülür


Onun istəyi bir şeydir


Bir şey!


Rəhm istəyir,


Fəhm istəyir,


Səhm istəmir,


Baş tükündən yaratmadı


Başlara çıxsın.


Dırnaqlardan yaratmadı


Yerə atılsın.


Qabırğadan yaratdı ki,


Ağuşa batsın,


Tumara çatsın,


Sığalda yatsın, yatsın,


Batsın.


Arzuya çatsın, çatın


Yatsın.


Tumar, tumar


Sığal, sığal,


Qabırğa


Qabırğadır, qabırğa.


Qadın bir şey istəyir,


Bir şey.


Qabırğa olmaq istəyir


Qabırğa.


İstəyir o bir şey.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.