Vüqar Qaradağlıdan sonra ATV-nin efirinə çağırılan məşhurlar

16-01-2018, 19:23           

Azad Azərbaycan (ATV) telekanalının prezidenti Vüqar Qaradağlının işdən ayrılması bəzi müğənnilərin sevincinə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, Vüqar Qaradağlı bəzi sənət nümayəndələrinə efirə çıxmalarına qadağa qoymuşdu.

Vəzifəsindən azad olunduqdan sonra əməkdar artist Mehriban Xanlarova, Elza Seyidcahan müğənni Xatirə İslam, Aşıq Samirə, Nura Suri, Günay İbrahimli və Səidə Sultan televiziyada "qara siyahıdan” çıxıb.

Hazırda müğənni Sevil-Sevinc və Oksana Rəsulovanın efir qadağası davam edir.

Qeyd edək ki, Vüqar Qaradağlı vəzifəsindən azad olunduqdan sonra bəzi məşhurlar senzuraya görə onu kəskin tənqid etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru