"Bayaq həyat yoldaşım zəng vurub məni söyürdü" — Əli Mirəliyev

17-01-2018, 13:59           

Tanınmış müğənni Əli Mirəliyev ötən gün mətbuata verdiyi açıqlamaya aydınlıq gətirib.
"Ölkə.Az"-ın əməkdaşıyla söhbətində müğənni bildirib ki, həyat yoldaşıyla münasibəti sənətdən uzaqlaşdığı on il ərzində soyuqlaşıb:
"Mən həyat yoldaşımla sevib evlənmişəm. Aramızdakı soyuqluğun səbəbi onun yaşa dolması deyil. Vaxtında toylara gedəndə mənə qulluq edirdi. Toyda heç nə yemirdim. Gecə evə gələndə durub mənə yemək verirdi, qulluğumda dururdu. Sonra mən on il oxumadım. Həmin müddətdə hardansa gələndə çay istəyirdim, deyirdi ki, çay ordadır, get, süz, iç. Bu bir neçə dəfə təkrarlandı və mənim ürəyim sındı. Deməli, bağda ərik var idi, salam əleyk var idi məsələsi oldu. Ürəyimin sındığını özünə deməsəm də, incidim. Bayaq da zəng vurub məni söyürdü. Dedim ki, xanım, sən ölmüş olsan da, ikinci dəfə evlənmərəm. Kişinin bir arvadı olar. Həyatı belə yaşayıram. O təqsiri özündə görməlidir. Mən nə var onu deyirəm, yalan danışmağı bacarmıram".
Qeyd edək ki, Əli Mirəliyev yenicag.az-a açıqlamasında bildirmişdi ki, həyat yoldaşıyla iyirmi ildir bacı-qardaş kimi yaşayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru