Fərda Xudaverdiyev: “Bunu etsəm, nakişiyəm”

19-01-2018, 00:22           

Bu gün aktyor Fərda Xudaverdiyev Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.

Zaur ondan “rejissor tələb etsə, qadın obrazını canlandırarsan?” deyə soruşub.

Tanınmış aktyor isə heç vaxt qadın paltarı geyinməyəcəyini deyib:

“Heç vaxt etmərəm. İndiyə kimi demişəm. 2003-cü ildə kanalların birində müsahibəm olub və orada demişəm ki, mən ömrüm boyu qadın paltarı geyinməyəcəyəm. 1 milyon da versələr, geyinmərəm. Geyinsəm, nakişiyəm. Mənim xarakterim var da. Aktyorluq sənətində bu var. Yəni bütün rolları oynamalısan. Hesab edirəm ki, o paltarı geyinməyimə ehtiyac yoxdur. Əgər mən o paltarla tamaşaçıları güldürəcəyəmsə, ümumiyyətlə, sənətdən uzaqlaşaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru