"Xəlil Rza poeziyasını mən də sevmirəm" - Daha bir yazar "Ulutürk" mövzusunda Kəramətin fikrinə münasibət bildirdi - FOTOFAKT

20-01-2018, 00:28           

Yazar Mübariz Örən bir neçə gün öncə yazar-jurnalist Kəramət Böyükçölün Xəlil Rza Ulutürk haqqında sosial şəbəkədə paylaşdığı qıcıqlandırıcı fikirlərə münasibət bildirib.


Moderator.az xəbər verir ki, Mübariz Örən özünün də Xəlil Rza Ulutürk poeziyasını sevmədiyini qeyd edib: "Xəlil Rza poeziyasını mən də sevmirəm, qəbul eləmirəm. Çoxları sevmir, burda qəbahət olan nədi ki; zövqlər, yanaşmalar müxtəlifdi, fərqlidi. Məsələn, mən Rəsul Rza şerini sevirəm, çoxları üstümə qalxır ki, nəyə gərə, Anara görə? Heç dəxli var? Axı mən heç Yazıçılar Birliyinin üzvi də deyiləm, ərizə də verməmişəm. Bu binəvalar başa düşmək istəmirlər ki, Rəsul Rza Anardan əvvəl olub, sonra da olacaq, yaşayacaq. Əl çəkin bu düşük, vasvası işləklərinizdən".

Mübariz Örən eyni zamanda həmkarı olan Kəramət Böyükçölü naşılıqda qınayıb: "Dostum Kəramətin suçu onun sadəlöhvlüyündə, ürəyiaçıqlığında, naşılığındadı; çoxlarının demək istədiyi, lakin cürət eləyib dilinə gətirmədiyi sözü o məsuliyyətsiz şəkildə deyib. Onun şəhid Təbriz haqda yazdıqları yolverilməzdi, şəhidlik məqamına sayqısızlıq, hörmərsizlikdi. Bu barədə Kəramətlə qəti razı deyiləm, onu şiddətlə qınayıram. Lakin, bilirəm ki, Kəramət bu statusu qəstən, bilərəkdən yazmayıb, sonrakı üzrhaqlıq statusu da bunu əyani sübut elədi. Onu yaxından tanıyan adam kimi deyə bilərəm: o, heç kimin xətrinə dəyən adam deyil, onun zəhəri dilindədi, ürəyində çox kövrək, uşaq kimi məsum adamdı. Allah şeytana lənət eləsin!"
"Xəlil Rza poeziyasını mən də sevmirəm" - Daha bir yazar "Ulutürk" mövzusunda Kəramətin fikrinə münasibət bildirdi - FOTOFAKT












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.