"Necə axı vicdan yol verir belə manqurtluğa?"

20-01-2018, 13:24           

Xəbər verdiyimiz kimi, Türkiyədə evlilik verişinə qatılaraq məşhurlaşan Naz Mila 20 yanvar tarixində Türkiyədə gecə klublarının birində konsert verəcək.

AZXEBER.COM xəbər verir ki, Nazın bu addımı xalq artisti Faiq Ağayevi hiddətləndirib. O Nazın fotosunu paylaşıb və yazıb:

"Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib? Nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, biri də belə ... 20 yanvar dəhşətini formal qəbul etməyə başlayıblar. Elə bil heç bu zülm olmayıb.”

Qeyd edək ki, Nazın bu hərəkəti sosial şəbəkədə hər kəs tərəfindən tənqid və təhqirlə qarşılanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.