Hamilə arvadının qarşısında "zarafat edirəm" -deyib silahla özünü öldürdü

25-01-2018, 00:02           

27 yaşlı gənc ailəsinin gözü qarşısında silahı boş zənn edərək başına doğruldub və nəticədə canından olub.

GoldNews.Az xəbər verir ki, Sakaryada yaşayan Mete Serhan Aslantürk həyat yoldaşının, bacısının və anasının gözləri qarşısında ov tüfəngini götürərək onları əyləndirməyə çalışıb.

Ailəsinin ona xəbərdarlıq etməsinə baxmayaraq, gənc "dolu deyil" deyərək tüfəngi başına doğruldub.

Tüfəngin atəş açması nəticəsində başından xəsarət alan Mete xəstəxanaya aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq, o, həyatını itirib.

Metenin 3 il əvvəl evləndiyi, arvadının hamilə olduğu, atası və qardaşının isə 3 gün əvvəl İstanbula oğullarını ziyarətə gəldiyi məlum olub.

Cinayət işi ilə bağlı istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru