Bakıda polislər aparıcıya görə səfərbər oldu

25-01-2018, 12:49           

Bir müddət öncə ATV-dən çıxarılan aparıcı Azər Zahid çəkiliş apararkən polis əməliyyat keçirib.
Gununsesi.info xəbər verir ki, hadisə “Dərnəgül” metrostansiyası yaxınlığında, Azər Zahid bahalı avtomobillərlə test edərkən baş verib.
Belə ki, avtomobillərin müqayisəsi və gücü yoxlanılan zaman polis çəkiliş aparılan ərazidə avtoxuliqanlıq olduğunu düşünüb. Bu barədə Azər Zahid özü məlumat verib:
“Biz xüsusi eksperiment etdiyimiz zaman “Dərnəgül” metrostansiyası yaxınlığındakı polislər təhlükəsizliyimizi qorumaq üçün gəldi. Əvvəlcə zənn ediblər ki, burada kimsə “avtoşluq” edir. Elə biliblər ki, burada iki avtomobil yarışır. Sağ olsunlar. Görün nə qədər polis maşını gəlib. Yaxşı ki, “avtoşluq” etmirik”.
[media=https://www.youtube.com/watch?v=nRAoSL_w8Tc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru