Dünya musiqisinin əfsanələrindən olan estrada müğənnisi səhnədən gedir

25-01-2018, 13:09           

Dünya musiqisinin əfsanələrindən olan britaniyalı Elton Con pərəstişkarlarını məyus edən qərarını açıqlayıb. O, bu ilin axırlarından sonra müğənni kimi bir daha konsert salonlarına çıxmayacağını söyləyib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, məşhur estrada müğənnisi qərarının seçdiyi prioritetlərin dəyişməsi ilə əlaqədar olduğunu vurğulayıb. O, bundan sonra vaxtını övladları və nəvələri ilə birgə keçirəcəyini planlaşdırır.

Elton Con sentyabrda sonuncu dəfə dünya turnesinə çıxacaq. Lakin 70 yaşlı estrada ulduzu səhnəni tərk etməsinin səhhətindəki problemlərlə bağlı olduğu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru