Azərbaycanda 16 yaşlı qız atası yaşında müəlliminə qoşulub qaçdı - VİDEO

25-01-2018, 18:07           

Goranboy rayonunda evdən qaçan 16 yaşlı yeniyetmə qızın əslində rəqs müəlliminə qoşulub qaçıdığı məlum olub.

GoldNews.az xəbər verir ki, ailə bir neçə həftə əvvəl Oruc adlı müəllimin evinə getsə də, o, bunu inkar edib. Lakin bu gün ortaya çıxıb ki, 16 yaşlı Xəlilova Humay rəqs müəllilinə qoşulub qaçıb. Müəllimin onu rəqs adı altında aldadıb, apardığı bildirilir.

Xatırladaq ki, Goranboy rayonunda 16 yaşlı Xəlilova Humay Canpolad qızı 23 gündür ki, evdən çıxıb, bir daha geri qayıtmayıb.

Yeniyetmə qızın rəqqasə olmaq arzusu ilə evdən qaçdığı bildirilib. Humayın valideynləri bu barədə Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət ediblər. Verilişə zəng edən tamaşaçıların sözlərinə görə 16 yaşlı Humay sonuncu dəfə Gəncə şəhərində görülüb.
[media=https://www.youtube.com/watch?v=m4sHB8uRBio]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru