Müğənni Xatun rəqqasə Fatiməni DÖYDÜ — ŞOK

26-01-2018, 17:00           

Müğənni Xatun rəqqasə Fatimə Fətəliyevanı döyüb.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, hadisə rəqqasəyə məxsus məkanda baş verib. Bildirilir ki, tərəflər arasında münaqişə Xatunun da xına evi açmasından sonra yaranıb:
"Xatun xına mərkəzi açandan sonra əlli faiz endirim elədi. Bu da Fatimənin xoşuna gəlmədi. Ondan sonra aralarında münasibətlər gərginləşdi. Fatimə də buna görə Xatunun qardaşı Balaşı işdən çıxardı. Dava zamanı Fatimənin qızı da ordaydı. Qız heç nəyə qarışmadı, halı pisləşdi".
Əməkdaşımız məsələylə bağlı rəqqasə Fatiməylə əlaqə saxlamağa çalışıb. Rəqqasənin telefonuna cavab verən meneceri Aytac Bayramzadə faktı təsdiqləsə də, baş verənlər barədə danışmaq istəmədiklərini söyləyib:
"Fatimə xanım bu barədə danışmaq istəmir. Elə bu cür də yazın. Çünki hər şey daxildə danışılıb, bitib. Hazırda sənət fəaliyyətinin iyirmi illiyinə hazırlaşır. Adının belə qalmaqallarda hallanmağını istəmir. Heç bir xəsarəti yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru