Əməkdar artisti toyda "TOK" VURDU - 14 saat komada qaldı

31-01-2018, 14:00           

Dünən "5/5" verilişinin qonağı olan Yusif Mustafayev toyda başına gələn xoşagəlməz hadisədən danışıb.

Milli.Az xəbər verir ki, əməkdar artist canlı yayımda bu etirafı ilə hər kəsi təəccübləndirib.

Yusif Mustafayev deyib ki,1981-ci ilin aprelin 28-ində indiki "Heydər Əliyev" adına sarayda konsert var idi: "Orada ifa etdim. Çox zil səsim var idi, böyük bir zənguləm var idi. Mayın 1-ində kəndə getdim, yoldaşım kənddə idi. Oradan Salyana toya gəldim. Bu hadisə də orada oldu. Onu bilirəm ki, 14 saat komada qalmışam. Deməli, axşam saat 7-də oldu bu hadisə. Toy təzə başlayırdı. Sabah səhər saat 10-da gözümü açdım ki, atam, əmim durub başımın üstündə. Mən onda elə bir bəlaya gəldim. Amma o "tok" vurmasının bir yaxşı xüsusiyyəti var. O vaxtdan bir dənə də ağrı-acım yoxdur. Dişlərim hamısı özümündür".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru