Gülbendən həbsə göndərdiyi Serenlə bağlı maraqlı paylaşım - foto

3-02-2018, 00:25           

Müğənni Gülben Ergen şikayəti əsasında haqqında həbs qərarı çıxan Seren Serengilə ismarıc göndərib.

İfaçı Seren həbsə girdiyi vaxt İnstaqram hesabında maraqlı paylaşım edib. O, idmanla məşğul olduğu yerdə çəkilmiş şəklini bu sözlərlə hesabında yerləşdirib:

"Sağlam bir həyat üçün əvvəlcə sağlam bir ruhun, sonra bədənin olmalıdır. İçərini bəsləməsən, üzdən nə qədər bəzənsən də, yalandır. Təmizlənmiş, yaxşı qoxulu bir suya bolluca toxunan hər bədən işıldayar”.

Qeyd edək ki, "Duymayan kalmasın” verilişində davamlı olaraq Gülben Ergenə qarşı qeyri-etik ifadələr işlədən Serenə məhkəmə xəbərdarlığı olunsa da, o, Ergen haqda iddialar səsləndirməyə davam etmişdi. Serengil Gülbeni "evli kişiləri yoldan çıxaran” adlandırdığı üçün haqqında 3 günlük həbs qərarı çıxıb. O, bazar ertəsi həbsxanadan çıxacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru