"YouTube" 130 ölkədə hostinqə giriş imkanlarını artırıb

3-02-2018, 10:03           
"YouTube" 130 ölkədə hostinqə giriş imkanlarını artırıb
Mobil telefonlar üçün yeni "YouTube Go" proqramı dünyanın 130 ölkəsində əlçatandır.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu proqram təminatı pis internet şəraitində videohostinqə qoşulmağa imkan verəcək.

Rəsmi bloqda deyilir ki, şirkət "YouTube Go"-u geniş internet şəbəkəsinin olduğu yerlərdə istifadəyə buraxmağı planlaşdırmır. "YouTube Go" proqramı mobil internet əlaqənin zəif olduğu və ya bahalı internet trafiklərinin olduğu ölkələrdə bu hostinqin çarxlarına baxış üçün yaradılıb.

Yeni proqram təminatı telefonun yaddaşında videoyazıların saxlanılması funksiyasını təklif edir. Videofayllara baxmaq və ya onları internetdən istifadəsiz şəkildə başqalarına paylaşmaq olar.

İstifadəçilər yazının həcminə nəzarət edə və qısa keyfiyyətli çarxları yükləyə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru