AzTV-də yeni təyinat - Köhnə baş redaktor vəzifəyə gətirild

1-09-2015, 16:56           
AzTV-də yeni təyinat - Köhnə baş redaktor vəzifəyə gətirild
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) yeni təyinat olub.

teref.aznun məlumatına görə, bu haqda məlumat Reaksiya.az-a AzTV-dən verilib. Məlumata görə, Telman Nəzərli Televiziyanın Hərbi-vətənpərvərlik redaksiyasına yeni baş redaktor təyin edilib. Onun "Azərbaycan” qəzetində çalışdığı və bir vaxtlar bu redaksiyaya rəhbərlik etdiyi deyilir.

Qeyd edək ki, bu redaksiyanın baş redaktoru vəzifəsi bir ay idi ki, boş qalmışdı. Baş redaktor Firuz Kazımoğlu Televiziyanın sədri, millət vəkili Arif Alışanovun sərəncamı ilə radionun xəbərlər redaksiyasına müxbir vəzifəsinə təyin edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru