“O qız mənim sevgilim olub” - Zorlamada ittiham olunan falçı

24-04-2018, 13:49           
“O qız mənim sevgilim olub” - Zorlamada ittiham olunan falçı
Falçılıqla məşğul olub 50-yə yaxın qızı zorladığı iddia olunan Ramil Talıbov “Bizimləsən” proqramının qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, o, şikayətçi olan qızların fikirləri ilə razılaşmadığını bildirib:
"Mənim 40 yaşım var, ailəli olmuşam. Şikayətçilər rəfiqədirlər. Şəkillər çəkdirdiyim xanımla sevgili olmuşam, yaşamışıq. Bir restoranlara getmişik, oranın kameralarında da əks olunub. O şəkilləri mən yox, özü çəkib. Niyə iki qızın üzləri qapalıdır, mənim üzüm açıq? Xeyr ola?
Bundan başqa, görüşdüyümüz vaxt gündə bir oğlan zəng edirdi ki, onun borcunu qaytar. Niyə mən verməliyəm? Özü bilir ki, hansı “vor”lardır. Bölmədə izahat da yazmışam. Çıxıb ağzına gələni mənim haqqımda danışırlar. Qanun-qayda var. Günahım olsa, cəzamı çəkəcəm. Məni hədələyirlər, amma mən şikayətçi olmadım. İş araşdırılır".

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru