Baş nazirin ölkəyə çağırdığı azərbaycanlı müğənni - Video

13-08-2018, 11:01           
Baş nazirin ölkəyə çağırdığı azərbaycanlı müğənni - Video
Bu gün xalq artisti Elmira Rəhimovanın doğum günüdür.
Kult.az xatırladır ki, o, 13 avqust 1941-ci ildə Bakıda anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunu, 1965-ci ildə isə Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib.
Elmira xanım 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb və Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə bu ölkədə olub, hind mahnı və rəqslərini öyrənib.
Hindistanda keçən günlər Elmira xanımın həyatında unudulmaz xatirəyə çevrilib. O, burada Baş nazir Cavahirləl Nehru, onun qızı İndira Qandi, eləcə də məşhur kino ulduzları Rac Kapur, Qopal və digər tanınmış simalarla tanış olub. Xatirələrinin birindən bəlli olur ki, Elmira Rəhimovanın ifasında Azərbaycan mahnılarını dinləməyi çox sevən Cavahirləl Nehru bayram günlərində müğənnimizi rəsmi ziyafətlərə dəvət edərmiş. O, Elmira xanımı “Mira” deyə çağırırmış. “Mira” sənət ilahəsi deməkdir. Azərbaycanlı müğənniyə belə müraciət Hindistanda geniş yayılmışdı. Hətta ikinci dəfə, 1961-ci ildə yenidən bu ölkəyə qonaq gələn Elmira xanım haqqında Hindistanda çıxan qəzetlər belə bir xəbəri sevinclə yaymışdılar: “Mira” öz vətəninə qonaq gəlib”.
Elmira xanım təkcə sovet məkanında və Hindistanda deyil, dünyanın bir çox ölkəsində sevilirdi. Xalq artisti dünyanın 50-dən çox ölkəsində konsert proqramları ilə çıxış edib.
Onun "Səadət", "Tələbə", "Mavidir", "Sənin nəğmən" kimi mahnıları bu gün də bəyənilir, dinlənilir. Bunların arasında isə “Sən yadıma düşəndə” mahnısı əksər sevənləri üçün daha doğma və əzizdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru