İlhamə Quliyeva: “Mən bəyəm quldurbaşıyam?!”

5-10-2015, 21:09           
İlhamə Quliyeva: “Mən bəyəm quldurbaşıyam?!”
Xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva arasındakı soyuq dava yenidən qızışıb. Buna səbəb isə Flora Kərimova ilə müğənni Nadir Qafarzadə arasında yaranan qalmaqal olub. Belə ki, xalq artisti Flora Kərimova müğənni ilə aralarında yaranan xoşagəlməz olayın səbəbkarı İlhamə Qulieyva olduğunu deyib.

Bununla bağlı olaraq “Yeni Müsavat” danışan İlhamə Quliyeva and içərək bildirib ki, onun bu məsələyə heç bir aidiyyatı yoxdur:
“Anamın ruhuna and olsun ki, mənim bu məsələdən xəbərim yoxdur.

Flora xanım bildirib ki, guya Nadir Qafarzadə məndən qorxduğu üçün ona salam verməyib. Mən bəyəm “Əlibaba və qırx quldur” nağılındakı quldurbaşıyam ki, məndən qorxsunlar? (Gülür).
Nadirin özünün ağlı var. Onun kimisə fikri ilə oturub durmağa ehtiyacı yoxdur. Nadir gözəl sənətkardır və mənim ona qarşı böyük hörmətim var. O, sadəcə çılğın və şıltaqdır. Buna görə İlhamə neyləsin?
Mən Flora xanıma qarşı da həmişə hörmətlə yanaşmışam, həm sənətinə həm də şəxsiyyətinə qarşı.
Ana-bala arasında da söz-söhbət olar, yəqin küsüşüb yenidən barışarlar...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru