Suriya kürdləri «İŞİD»-ə qarşı əməliyyatları dayandırıb – Türkiyəyə görə…

2-11-2018, 07:26           
Suriya kürdləri «İŞİD»-ə qarşı əməliyyatları dayandırıb – Türkiyəyə görə…
«Suriya demokratik qüvvələri» (SDQ) ölkənin şərq hissəsində «İslam dövləti» qruplaşmasına qarşı yerüstü əməliyyatları dayandırıb və bütün diqqəti Türkiyə ordusunun şimaldan mümkün hücumlarının qarşısını almağa yönəldib. Bu barədə kürd fəallar xəbər veriblər.

Hazırda SDQ Təl-Abyad şəhəri ətrafındakı cəbhə xəttinin möhkəmləndirilməsi üçün buraya əlavə qüvvələr yeridir. Bu şəhər Türkiyə ilə sərhəddə yerləşir.

Türkiyə hərbçiləri bu şəhər ətrafındakı kürd dəstələrinin mövqelərini davamlı artilleriya atəşinə tutublar. SDQ sıralarından ölən və yaralananların olduğu xəbər verilir.

Oktyabrın 31-də kürdlər türk mövqelərinə «cavab atəşi» açıblar. Xəbərə görə, bir türk hərbi avtomobili məhv edilib. Avtomobil Suriya sərhədi boyunca hərəkət edirmiş.

Məlumat üçün bildirək ki, «Suriya demokratik qüvvələri» – bölgədə ABŞ-ın başçılıq etdiyi «beynəlxalq koalisiya»nın Suriyada başlıca müttəfiqidir.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru