Pompeodan şok çağırış: Ərdoğan dirəniş göstərməlidir

2-11-2018, 07:43           
Pompeodan şok çağırış: Ərdoğan dirəniş göstərməlidir
Prezident Ərdoğan Rusiya ilə dostluq qarşılığında NATO-dan çıxmaqla bağlı bütün təxribatçı təkliflərə qarşı dirəniş göstərməyi bacarmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Türkiyənin NATO-nu tərk etməsi ABŞ və alyans ölkələri üçün də, daha böyük ölçüdə türk xalqı üçün uğursuzluq olar.

Pompeo “ABŞ elə məqama yaxınlaşıbmı ki, gələcək Türkiyə NATO və müttəfiq kimi sual altına düşsün” sualına belə cavab verib:

“Ümidvaram ki, yox. İnanıram ki, Türkiyə və Prezident Ərdoğan ABŞ-ın İrandan daha yaxşı müttəfiq olduğunu anlayır və Ərdoğan ABŞ, NATO və AB-yə doğru daha böyük istiqamət götürməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru