Ərdoğan Qaşıqçı cinayəti ilə bağlı “Washington Post”a məqalə yazdı

3-11-2018, 07:45           
Ərdoğan Qaşıqçı cinayəti ilə bağlı “Washington Post”a məqalə yazdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı məşhur “Washington Post” qəzetinə məqalə yazıb. Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Xəbərə görə, məqalədə Camal Qaşıqçı cinayətindən sonra Türkiyənin bu olayla bağlı apardığı siyasətdən bəhs edilir.

“Əmri Kral Salmanın verdiyinə inanmıram…”
Ərdoğan “Qaşıqçının qətl əmri Səudiyyənin yüksək vəzifəli adamlarından gəlib. Lakin bu qətldə Səudiyyə Kralı Salmanın əlinin olduğuna inanmıram” – deyə məqalədə qeyd edib.

“Cinayəti işləyənlərin 18 şübhəlinin arasında olduğunu bilirik”
Türkiyə prezidenti məqaləsində bildirib ki, bu cinayətlə bağlı Səudiyyə hökümətinin cavablayacağı suallar olduqca çoxdur: “Səylərimiz nəticəsində bütün dünya Camal Qaşıqçının bir sui-qəst komandası tərəfindən vəhşicəsinə öldürüldüyünü öyrəndi. Cinayəti işləyənlərin Səudiyyə Ərəbistanından göndərilmiş 18 şübhəlinin arasında olduğunu bilirik. Qaşıqçının qətlinin üzərindən artıq bir ay keçib. Lakin cəsədinin harada olması haqda heç bir məlumat yoxdur. Ən azından onun İslam adəti ilə dəfn edilməsi vacibdir”.

Xəbərin orijinalı burada:

https://www.washingtonpost.com/news/global-opinions/wp/2018/11/02/recep-tayyip-erdogan-saudi-arabia-still-has-many-questions-to-answer-about-jamal-khashoggis-killing/?utm_term=.700db395ec0e

Musavat.com,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.